12 iyul 2023 22:32
530

Biləsuvarda şəhidlərin doğum günündə xatirələri anılıb FOTO

İyul ayının 12-də vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olan şəhid Mirzəyev Orxan Əli oğlunun və Çaylı kəndindən olan şəhid Allahverdiyev Elnur Kamil oğlunun  doğum günləri münasibəti ilə ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək baş sağlığı diləklərini çatdırıblar.  

Daha sonra kənd qəbirstanlıqlarında şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Mirzəyev Orxan Əli oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Laçının   azad olunmasına görə” və “Suqovuşanın  azad olunmasına görə” medalları ilə, şəhid Allahverdiyev Elnur Kamil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Allah rəhmət eləsin!