15 iyul 2023 09:07
331

Ağcabədi sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb

Çətənə bitkisinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Rauf Ağayev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, onun yaşadığı ünvanda aparılan axtarış zamanı aqrotexniki üsulla yetişdirilmiş 41 ədəd çətənə bitkisi və 3 kiloqram 290 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.