06 noyabr 2023 14:30
312

Hakan Fidanla Antoni Blinkenin danışıqları 3 saat çəkib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

"İki sahil” “CNN Türk”ə istinadən xəbər verir ki, danışıqlar 3 saat çəkib.

Tərəflər qarşılıqlı maraq doğuran mələləri müzakirə ediblər.

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər.

Müzakirələrdən sonra onların birgə mətbuat konfransı keçirmələri gözlənilir.

Qeyd edək ki, A.Blinken Ankarada səfərdədir.