2023-cü ildə "Azerspace- 1" və "Azerspace-2" peyklərindən ümumilikdə 210 televiziya və radio kanal yayımlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Ötən il peyk xidmətləri üzrə hesabat dövründə "Azerspace-1" və "Azerspace-2" peyklərinin tutumları müvafiq olaraq 78% ve 77% ödənişli əsaslarla realizə edilib. Azerkosmos Yaxın Şərq, Afrika, Şərqi Avropa və Mərkəzi Asiya regionlarından olan 46 ölkədən 150 şirkətə xidmət ixrac edib. Peyk xidmətləri üzrə gəlirlərin 80%-i xidmətlərin ixracından əldə edilib.
2023-cü ildə yerin məsafədən müşahidə peyki "Azersky"dan əldə edilən təsvirlər vasitəsilə yerli və beynəlxalq qurumlara həllər və xidmətlər təqdim edilib.
2023-cü il ərzində bir sıra xarici şirkətlərlə telekommunikasiya və yerin müşahidəsi üzrə yeni əməkdaşlıq müqavilələri imzalanıb.
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib