Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında keçirilən danışıqların yekunu olaraq iki ölkə arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair yol xəritəsi imzalanıb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev imzalayıblar.
Bundan əlavə, danışıqların nəticəsi olaraq ölkələrin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı təsdiq edilib. Bu sənəd də növbəti iki il üçün nəzərdə tutulub.
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib