Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ölkəsinin Azərbaycandakı səfirliyində türkiyəli investorlar və iş adamları ilə görüşərək qarşılıqlı sərmayələri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir müavinimiz Yasin Ekrem Serim Bakıdakı səfirliyimizdə can Azərbaycandakı türkiyəli investorlarımız və iş adamlarımızla görüşüb. Görüşdə qarşıdakı dövrdə qarşılıqlı investisiyaları və ticarəti daha da artıra biləcək addımlar birlikdə qiymətləndirilib. Nazir müavinimiz iş adamlarımızın suallarını cavablandıraraq onların yaşadıqları problemlərin çözümü ilə bağlı məsələləri müzakirə edib”, – XİN qeyd edib.
Xatırladaq ki, daha öncə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib