Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov martın 7-də Azərbaycana işgüzar səfərə gəlir.
“İki sahil” bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, səfər çərçivəsində nazirin azərbaycanlı həmkarı, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşü gözlənilir.
M.Reşetnikov, həmçinin rusiyalı və azərbaycanlı sahibkarlarla görüşəcək və Rusiyaya məxsus müəssisəyə baş çəkəcək.
Qarşıdakı görüşlərdə tərəflər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini, həmçinin birgə layihələrin təşviqi perspektivlərini nəzərdən keçirəcəklər.
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib