08 mart 2024 12:59
561

COP29 sessiyasına hazırlıq işləri müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in "Gənc İqlim Çempionu", BƏƏ-nin icma inkişafı naziri xanım Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.

Nazirlikdən “İki sahil”ə verilən xəbərə görə, Azərbaycanda səfərdə olan xanım Şarma Al Mazrui ilə görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.