Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.
Həmçinin, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB