Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı hörmət və birgə əməkdaşlığa əsaslanan dinamik əlaqələr var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.
“Ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi bizə yeni məqsədlərə nail olmağa imkan verir, ona görə də daimi dialoqun davam etdirilməsi vacibdir”, - o bildirib.
F.Rzayevin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafı tarixində əlamətdar hadisə olub.
O, həmçinin qeyd edib ki, Bakı ilə Sofiya arasında humanitar, mədəniyyət və turizm sahələrində fəal qarşılıqlı əlaqə mövcuddur.
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB