İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün özəl sektor dayanıqlı inkişaf üçün iddialı və sürətləndirilmiş öhdəliklər götürməlidir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən ekoloji, sosial siyasət və idarəetmə (ESG) sammitində videobağlantıda deyib.
“Birgə işləməklə biz dövlət və özəl təşkilatların ESG-nin həyata keçirilməsi üçün ideyaları, strategiyaları və ən yaxşı təcrübələri paylaşa biləcəyi əməkdaşlıq mühiti yaratmaq səylərini dəstəkləyə bilərik. Ümumi problemlərimizin effektiv həllini tapmaq üçün özəl sektorun köməyinə ehtiyacımız var”, - o vurğulayıb.
Nazir qeyd edib ki, hazırda maliyyə planları, büdcələr və hədəflərlə dəstəklənəcək etibarlı keçid yollarının seçilməsi çox vacibdir:
“Ümid edirik ki, şirkətlər COP29-da iştirak edə, kapitalı necə bölüşdürdüklərini və investisiya qərarlarının iqlim dəyişikliyi hədəflərimizə uyğunluğunu təmin etdiklərini nümayiş etdirə bilərlər. Gəlin, həyat qabiliyyətli iqtisadi modellər yarada bilmək üçün “yaşıl kapital” bazarlarından başlayaq”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir