Qazaxıstanda havaya qalxmaq üzrə olan AN-2 təyyarəsi yanıb.
“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, hadisə Akmola vilayətinin Jarkayin rayonunda baş verib.
Akmola vilayətinin dəmir yolu vağzalının mətbuat xidmətinin məlumatına görə, hadisə bu gün Derjavinsk şəhərindən 10 kilometr aralıda baş verib: “Havaya qalxmaq üzrə olan AN-2 təyyarəsi yanıb. Ölən və xəsarət alan olmayıb. Pilot özünü yanan təyyarədən. Yanğınsöndürmə hissəsinin xilasediciləri 8 dəqiqə ərzində yanğını söndürüblər”.
Yanğının səbəbləri araşdırılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”