Bu gün Naxçıvan şəhərinin bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, bu gün şəhərin Həsən Əliyev, İslam Səfərli və Nizami Gəncəvi küçələrində (Ədliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin inzibati binasının və 4 nömrəli tam orta məktəbin ətrafındakı məhəllələrdə) elektrik enerjisinin verilişində saat 15:00-dan 17:00-dək fasilələr yaranacaq.
Qeyd edək ki, fasilə yeni yüksəkgərginlikli elektrik xətlərində aparılan köçürmə işləri ilə əlaqədardır.
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib