Vyetnamda Azərbaycanın qida məhsullarına böyük maraq var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə Azərbaycan və Vyetnam sahibkarları ilə görüşdə deyib.
Onun sözlərinə görə, Vyetnam Azərbaycandan ət məhsullarının tədarükünə diqqət göstərir: "Həmçinin Vyetnam Azərbaycandan nar və nar məhsulları, çay, gilas, gavalı, emal sənayesi məhsullarını idxal etmək istəyir. Eyni zamanda, bu ölkə Azərbaycana elektronika, dəniz və qida məhsulları ixrac edir. Bundan başqa, Vyetnamda Orta Dəhlizə maraq böyükdür və o, bu dəhlizə qoşularaq da məhsullarını ixrac edə bilər".
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib