Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktiki konfransda deyib.
O bildirib ki, valideynlər daim övladlarının dini təhsil səviyyəsinə nəzarət etməlidir.
“Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik, din adı altında uşaqlara nə aşılanır".