17 oktyabr 2024 09:17
469

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.

“İki sahil” xəbər verir ki, ondan 1 kiloqrama yazın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.