17 oktyabr 2024 10:58
405

Şərab zavodunun ərazisində baş verən yanğın söndürülüb

Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

“İki sahil” xəbər verir ki, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.

Baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın söndürülüb.