Gəncədə mənzildə başvermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, Gəncədə partlayış nəticəsində 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva dünyasını dəyişib. Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbdən şoka düşənlər də olub. Hazırda onlara yerləşdirildiyi xəstəxanada tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.