18 oktyabr 2024 14:39
445

Əhliman Əmiraslanov: Ölüm hadisələrinin 65 %-i ürək-damar patologiyasından baş verir

Bütün ölüm hadisələrinin 65 %-i ürək-damar patologiyasından baş verir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, hansı bölgədə hansı patologiyanın çox olmasına nəzər salmalıyıq: “Səhiyyə Nazirliyində bu statistika var. Bölgələr üzrə səhiyyə xəritəsi yoxdur. Amma Səhiyyə Nazirliyində olan məlumatlar əsasında hansı bölgədə hansı xəstəliyin daha çox yayılmasına baxmaq olar”.