19 oktyabr 2024 09:48
452

Sumqayıtda silah-sursat tapılıb

Sumqayıtda silah-sursat aşkarlanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, qəbiristanlıq ərazisində “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 41 ədəd 5.45 kalibrli güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.