Bakıda sexdə yanğın olub.
“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda fabrik ərazisində ümumi sahəsi 700 m² olan ayaqqabı altlıqları istehsalı sexinin dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 280 m² sahədə, 1 ədəd dəzgah və 200 m² sahədə yığılan ayaqqabı altlıqları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.