20 oktyabr 2024 14:52
350

Samuxda zəlzələ olub

Oktyabrın 20-də Gəncə stansiyasından 34 kilometr şimal-şərqdə - Samux rayonunda zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 14:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3-ə bərabər olub. Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.