20 oktyabr 2024 23:25
456

Gənc oğlan bıçaqlanıb

Oktyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Şamil Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.