21 oktyabr 2024 14:40
332

Onlar Naxçıvanda ən çox balı topladılar

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilib.

“İki sahil” xəbər verir ki, diaqnostik qiymətləndirilmə prosesində Naxçıvan Şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Leyla Məmmədhəsənli və Naxçıvan Şəhər 7 nömrəli Körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Sürayyə Qasımova maksimum 60 baldan 57-i bal toplayıblar.