Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.
“İki sahil” xəbər verir ki, "Yüksəliş" müsabiqəsinin qalibi Rəsulova Mehriban Mehman qızı bu vəzifəyə gətirilib.
O, cari ilin əvvəlindən qurumun Peşə hazırlığı departamentinin direktoru idi.
M.Rasulova Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək