“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, "Dövlət Proqramı"na uyğun olaraq yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmləri, eyni zamanda ağacların təbii şəraitdən ayırılmadan köçürülməsi üçün avadanlıq alınıb.
Qeyd edək ki, qazma genişliyi 2 metrdən, qazma dərinliyi isə 1,5 metrdən çox olan bu maşın-mexanizmi vasitəsilə diametri 30 santimetr və daha çox olan ağacları müxtəlif ərazilərə köçürmək mümkün olacaqdır. Nəticədə köçürülən ağaclar isə təbii mühitdən ayrılmadığından quruma təhlükəsi aradan qaldırılacaq.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək