Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğunun Mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək