Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.
“İki sahil” xəbər verir ki, Qurumdan verilən məlumata görə, paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu “Komsomol dairəsi” və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, - müraciətdə deyilir.
Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.
Xatırladaq ki, daha əvvəl Bakı şəhər İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək