Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“İki sahil” xəbər verir ki, "Səbət Bazarı" adlanan ərazinin yaxınlığında 2 avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü R.Rzayev, 1977-ci il təvəllüdlü İ.Hüseynova və 1949-cu il təvəllüdlü S.Məmmədrzayev xəsarət alıb.
Eyni zamanda, qəzanın zərcirvari olduğu, bir neçə avtomobilin toqquşduğu da bildirilir.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək