Sumqayıtda qaynı arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruhanə Quluzadə saxlanılıb.
Araşdırma aparılır.
***
Sumqayıtda 29 yaşlı qadın qaynı arvadı tərəfindən bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.