09 noyabr 2024 11:05
417

Bir nəfərin yanmış meyiti tapıldı

Tərtər rayonunun Hacıqərvənd kəndində yanğın olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.