İqlim dəyişikliyi ilə mübarizə bütün dünya üçün çox aktualdır. COP29-da qurduğumuz əlaqələr iqlim dəyişikliyi ilə mübarizədə gələcəyimizə müsbət təsir edəcək.
Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29 beynəlxalq iqlim konfransının iştirakçısı, Systemiq-də baş məsləhətçi və Qlobal Xarici İnkişaf İnstitutunun (ODI Global) İdarə Heyətinin sədri Liesbet Steer söyləyib.
O, dünya ölkələrindən müxtəlif səviyyəli nümayəndələrin Bakıda keçirilən COP29-a məhz ümumi məqsədlərin reallaşması üçün toplaşdığını diqqətə çatdırıb: “Həyata keçirilən işlər bu sammitin uğurlu olacağına inam yaradır. COP29-un çox yaxşı təşkil edilib. Azərbaycanı əla təşkilatçılığa görə təbrik edirəm”.
Yaqut Ağaşahqızı, “İki sahil”