Bakıda keçirilən iqlim sammiti çərçivəsində təşkil olunan interaktiv müzakirələrdən sonra “COP29: biznes, investisiya və xeyriyyəçilik” mövzusunda plenar iclas çıxışlarla davam edib.
“İki sahil” xəbər verir ki, tədbirdə COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və ölkənin iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək iştirakçıları bir daha gündəlikdə olan aktual məsələlərə diqqəti azaltmamağa çağırıblar.
Onlar qeyd ediblər ki, iqlim dəyişikliyi ilə mübarizə və BMT-nin Çərçivə Konvensiyasının iştirakçısı olan dövlətlərin layihələrinin maliyyələşdirilməsi seqmentinə sadiqlik prioritet vəzifədir.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib