Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma memorandumu imzalanıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpa olunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutur.
Memorandum həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir