Azərbaycan olduqca gözəl ölkədir, mehriban və gözəl insanları var. COP29 konfransının təşkilatçılığı da yüksək səviyyədədədir. Nəqliyyat-logistika yüksək səviyyədə təşkil edilib. Könüllülər bizi gülərüz şəkildə qarşılayırlar və buna görə də tədbirə xüsusi ab-hava qatırlar.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Xüsusi İqtisadi Zonaların Qlobal Alyansının Çin Baş Əlaqə Mütəxəssisi, Çində Sənaye Parklarının Yaşıl Tərəfdaşlığının direktoru Yuyan Song söyləyib.
O, qeyd edib ki, bu konfransda bütün ölkələrdən və bir çox şirkətdən insanlar iqlim məsələlərini müzakirə etmək üçün toplaşıblar. Burada müzakirələr iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq istiqamətindədir. Azərbaycandan yüksək gözləntilərimiz var. Ümid edirəm tədbirin sonunda dövlətlər bir araya gələrək maliyyə məsələlərində konkretləşməyə nail ola biləcək.
Yaqut Aslanova, “İki sahil”
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir