04 aprel 2025 12:11
361

Füzulidə şadlıq evində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Əhmədbəyli kəndində fiziki şəxs Məhərrəmov Nazim Eyvaz oğluna məxsus “Banu Palace” şadlıq evində yoxlama aparıblar.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.