19 may 2025 23:43
110

Yuyulması mümkün olmayan bir cinayət varsa, o da …

Başda AXCP sədri Əli Kərimli olmaqla ölkədəki radikal müxalifət təmsilçiləri və xaricdəki məlum “siyasi mühacir” qaragüruhu sosial medianın informasiya məkanındakı üstünlüklərindən istifadə edərək internet tv-lərdə, “YouTube”da, “Facebook”da və s. ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının rəngini daha da tündləşdiriblər. Xəyanətkar marginal zümrənin sosial şəbəkələrdə, xüsusilə Əli Kərimliyə yaxınlığı ilə tanınan internet tv-lərdə dövlətçiliyimizin əleyhinə yayımladıqları materialların, səsləndirdikləri əsassız iddiaların eyniliyi onların xaricdəki himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur. Son zamanlar radikal müxalifət ünsürlərinin sosial şəbəkələrdəki antimilli notlara köklənmiş ürək bulandıran çıxışları açıq-aşkar göstərir ki, bu siyasi canbazlar tapşırıq və tezisləri eyni mərkəzdən alırlar.

Xaricdəki havadarlarından əməlli-başlı maliyyə dəstəyi alan qaragüruhçu dəstənin üzvlərindən olan “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, bu qurumun təmsilçisi Gültəkin Hacıbəylinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Ə.Kərimlinin təlimatı ilə hərəkət etdiklərini hamımız yaxşı bilirik. Bu merkantillər antimilli fəaliyyətləri üzündən xaqlın dəstəyini itirdiklərinə görə yalnız yalan, böhtan, cəfəngiyyat dolu populist çıxışlarları ilə gündəmdə qalmaq, öz ağalarına və xarici dayılarına hələ də meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər.

Qərbdəki bəzi anti-Azərbaycan dairələrin nəzarətində olan donor təşkilatlarının qrantlarından və ermənipərəst fondların əvəzsiz yardımlarından bəhrələnən antimillilər həmin dairələrin tapşırıq və sifarişlərini yerinə yetirərək, internet vasitələrindən istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, yaydıqları dezinformasiyalarla insanların süuraltına təsir etmək, bu yolla cəmiyyətdə süni şəkildə siyasi qütbləşmə yaratmaq üçün ən çirkin üsullara əl atırlar. Öz məqsədlərinə çatmaq üçün tez-tez manipulyasiyalardan istifadə edən bu makiavellist ünsürlər hazırda ölkəmizə qarşı həyasızcasına aparılan qarayaxma kampaniyasının ön cərgələrində yer alırlar.

Cəmiyyətdə heç bir dayağı və ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərində respublikada hakimiyyəti zorla ələ keçirən, ölkəni xaos, anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsas üzvlərindən olan Ə.Kərimlinin əsl niyyəti sosial şəbəkələr vasitəsilə  cəmiyyətdə gərginlik, siyasi qütbləşmə yaramaqdır. Hamımıza yaxşı məlumdur ki, siyasi partiya sədrliyindən bloqer səviyyəsinə enən, bütün mənəvi-intellektual ehtiyatları tükəndiyindən cəmiyyətin autsayderinə çevrilən AXCP sədri hakimiyyət, mənsəb, kreslo naminə nəinki ermənipərəst dairələrlə, hətta şeytanın özü ilə ittifaqa girməyə hazırdır. “Baş cəbhəçi”nin uzun illərdən bəri erməni lobbisinə yaxınlığı ilə tanınan mərkəzlərin qrantları ilə ilə yemlədiyi və buyruq quluna çevirdiyi “müridlər”ini, eləcə də siyasi proseslərdən baş çıxarmayan, məhdud dünyagörüşlü beç-üç nəfər gənci yanına alaraq ölkəmizə qarşı həyasızcasına apardığı qarayaxma kampaniyasının arxasında hansı məkrli məqsədlərin, xain planların dayandığını cəmiyyətimiz yaxşı bilir.  

O da məlumdur ki, mayası xəyanətkarlıqla yoğrulan, səbatsız, milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum bu marginalların üzdəniraq fəaliyyətlərində hərəkət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, bu unsürlər anti-Azərbaycan təbliğatın yalnız vintcikləridir. 

Radikal müxalifətin başbilənləri də anlamalıdırlar ki, artıq yeni dövrdür, yeni reallıqlar mövcuddur. Bu düşərgədə təmsil olunan marginallar birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycanda xaos, özbaşınalıq, vətəndaş qarşıdurması ötən əsrin 90-cı illərinin əvvəllərində qalıb. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının ali mənafeyini ən yüksək səviyyədə qoruyur, onlara hərtərəfli qayğı göstərir. Təbii ki, cəmiyyətimiz bunu çox yüksək dəyərləndirir.

 Bütün bunların fonunda bir daha da demək istərdik ki, korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi qaçılmaz prosesə çevrilib. Çünki onlar Vətənə xəyanət yolunu tutublar. Məşhur fransız alimi Pyer Bsüat deyirdi: “Yuyulması mümkün olmayan bir cinayət varsa, o da Vətənə xəyanətdir”.

Zahid Rza, “İki sahil”