ABŞ administrasiyası çətin ki, “Tomahawk” raketlərini Ukraynaya ötürməyə qərar versin. ABŞ Kiyevə çatdırılması üçün Avropalı müttəfiqlərinə digər uzaqmənzilli sursatlar verə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.
Onun mənbələrinə görə, “Tramp administrasiyasının Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərmək istəyi qeyri-mümkün ola bilər, çünki mövcud ehtiyatlar ABŞ Hərbi Dəniz Qüvvələri və digər ehtiyaclar üçün nəzərdə tutulub”.
Qeyd edilib ki, mənbələr “[Kiyevi] 2500 km mənzilli qanadlı raketlərlə təmin etməyin məqsədəuyğunluğuna şübhələrini ifadə ediblər”.