04 oktyabr 2025 11:02
491

Rusiya ordusu Ukraynanın Çerniqov vilayətində eneji sisteminə yenidən hücum edib

Rusiya ordusu oktyabrın 4-nə keçən gecə Ukraynanın Çerniqov vilayətində enerji sisteminə yenidən hücum edib.

“İki sahil”in RBK-Ukraynaya istinadən verdiyi xəbərə əsasən, hücum nəticəsində bir neçə vacib enerji obyekti zərər görüb.

50 min istehlakçının elektrik enerjisi kəsilib.

"Energetiklər artıq bərpa işlərinə başlayıblar", - məlumatda deyilir.

Qeyd olunub ki, Rusiyanın kritik infrastruktura zərbələrindən sonra regionda vəziyyət gərgindir. Bununla əlaqədar olaraq oktyabrın 1-dən elektrik enerjisi fasilələrlə verilir.