07 oktyabr 2025 08:38
465

Ceki Çanın yeni filmi Qazaxıstanda çəkiləcək

Tanınmış aktyor Ceki Çan Almatıya səfər edib. Bu səfərin məqsədi Qazaxıstanda çəkiləcək "Tanrının zirehləri" franşizasının dördüncü hissəsi üzərində işləməkdir.

“İki sahil” xəbər verir ki, məlumatı Qazaxıstanın "Salem Entertainment" video istehsalat studiyası yayıb.

Bildirilir ki, "Tanrının zirehləri: Ultimatum" adlı yeni film Qazaxıstanda lentə alınacaq.

Qeyd edək ki, franşizanın ilk filmi 1986-cı ildə nümayiş olunub.