17 aprel 2026 20:12
114

Emosiyaları NECƏ İDARƏ EDƏK? - OXUYUN XƏBƏRİNİZ OLSUN

Həyatın çətin anlarında emosiyaları idarə etmək və sakit qalmaq üçün müxtəlif praktiki üsullar mövcuddur.

Psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bu üsulları izah edib.

Onun sözlərinə görə, ən effektiv metodlardan biri dərin və ritmik nəfəs alma texnikalarıdır. Bu üsul sinir sistemini sakitləşdirir və panika hissini azaldır.

Psixoloq bildirib ki, emosiyaları basdırmaq əvəzinə onları qəbul etmək daha sağlam yanaşmadır. Qısa fasilələr vermək, vəziyyətdən uzaqlaşmaq və fiziki hərəkət etmək emosional gərginliyi azaldır.

Təranə Paşayeva əlavə edib ki, düşüncələri yazmaq və ya bölüşmək insanın daxili rahatlamasına kömək edir. Bu üsulların müntəzəm tətbiqi onların effektivliyini daha da artırır.

Yaqut Ağaşahqızı, “İki sahil”