BMT Millətlər Liqasının taleyini təkrar edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında bəyan edib.
"Bu ümumdünya təşkilatına olan bütün hörmətimə rəğmən — çox söz deyilir, lakin praktiki olaraq heç nə edilmir. Öz vaxtında BMT-nin əvəzlədiyi Millətlər Liqası İkinci Dünya müharibəsinin qarşısını almaq iqtidarında olmadığı üçün dağıldı. Qorxuram ki, BMT-yə də eyni rol nəsib olsun. Bu cür olmasını istəməzdik", — deyə o bildirib.