29 aprel 2026 11:02
139

Sahibkarlardan gözləntilərimizdən biri məhsuldarlığın artırılmasıdır - Mikayıl Cabbarov

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sahibkarlardan gözləntilərimizdən biri məhsuldarlığın artırılmasıdır. Bunun əsas şərti bilikli və bacarıqlı kadrlardır.

Eyni zamanda, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi və uzunmüddətli layihələrə sərmayə qoyuluşu da mühüm amillərdəndir.