30 aprel 2026 17:34
121

FAO ilə birgə Azərbaycanda FDMS-in təkmilləşdirilməsi imkanları müzakirə olunub

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzində görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, əməkdaşlar Vüsalə Babayeva, Gündüz Məmmədov, Gülnar Çələbiyeva, həmçinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı iştirak ediblər.

FAO-nun Siyasət üzrə mütəxəssisi Dmitry Zviagintsev və Təsərrüfat Məlumatlarının Monitorinq Sistemi (FDMS) üzrə eksperti Eduard Matveev ilə keçirilən görüşdə Azərbaycanda Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) təkmilləşdirilməsi imkanlarına dair müzakirə aparılıb.

Müzakirələr zamanı Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) Azərbaycanda tətbiqi, məlumatların toplanması və təhlili mexanizmləri, eləcə də beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı FDMS-in kənd təsərrüfatı sahəsində qərarvermə prosesinə verə biləcəyi töhfələr, systemin funksional imkanları və gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.