01 may 2026 13:43
118

BP: “Şəfəq-Asiman” blokunda əlavə QİYMƏTLƏNDİRMƏ İŞLƏRİ APARILIR

BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə dair hesabatında Şəfəq-Asiman dəniz bloku üzrə görülən işlər və planlar açıqlanıb.

“İki sahil” hesabata əsasən, layihəni irəli aparmaq üçün ən uyğun inkişaf variantının müəyyənləşdirilməsi məqsədilə blokun əlavə qiymətləndirilməsinə ehtiyac var. Bu çərçivədə hazırda Aşağı Suraxanı layı üzrə bir kəşfiyyat quyusunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması istiqamətində işlər davam etdirilir.

Qeyd olunur ki, nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi üçün 2025-ci ilin iyun ayında “Şəfəq-Asiman” üzrə hasilatın pay bölgüsü sazişinin (HPBS) kəşfiyyat dövrü uzadılıb və bp bu müddət ərzində layihənin operatoru olaraq qalır.

Məlumata görə, “Şəfəq-Asiman” blokunda iştirak payları belə bölüşdürülüb: bp (operator – 35 faiz), SOCAR (35 faiz) və TPAO (30 faiz). Bildirilir ki, TPAO 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub.