02 may 2026 13:06
110

Azərbaycanda əmlak sığortası bazarı böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası növlərinin hesabına 65,901 milyon manat sığorta haqqı toplanılıb.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon manat və ya 24,9% çoxdur.

Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 1,061 milyon manat və yaxud 12,5% artaraq 9,570 milyon manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.