Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Gənzə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Gənzədən olan seçicilərlə yanaşı, Anabad kəndindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT