28 iyul 2022 15:27
778

Litva Prezidenti Ukrayna Ali Radasında çıxış edib - YENİLƏNİB/FOTO

Kiyevdə səfərdə olan Litva Prezidenti Gitanas Nauseda Ukrayna Ali Radasında çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə Litva Prezidenti "Twitter"də bildirib.

“Kiyevdə parlamentə və Ukrayna xalqına müraciət etdim. Ukrayna ilk dəfə Dövlətçilik Gününü qeyd edir! Ukrayna xalqının cəsarəti müstəsnadır. Litva xalqı həmişə sizinlə olacaq! Ukrayna qalib gələcək! Ukrayna Aİ-də olacaq!”, - Litva Prezidenti qeyd edib.

***

Litva Prezidenti Gitanas Nauseda Kiyevə gedib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident Nauseda "Twitter"də bildirib.

“Ukraynanın Dövlətçilik Gününü qeyd etdiyi bu əlamətdar gündə ilk dəfə olaraq Ali Radada Ukrayna xalqına müraciət edəcəyəm. Mən Prezident Zelenski ilə də görüşəcəyəm və ona Litvanın ən yüksək dövlət mükafatı olan “Böyük Vitautas” ordenini təqdim edəcəyəm”, - Litva dövlət başçısı qeyd edib.