29 iyul 2022 02:02
505

3 nəfəri sel aparıb

ABŞ-da leysan yağışların səbəb olduğu daşqında 3 nəfər həyatını itirib.

"İki sahil" xəbər verir ki, hadisə Kentukki ştatında baş verib.

Bir çox ev su altında qalıb.

Ştat qubernatoru bəzi vətəndaşların evlərin damında kömək vəziyyətdə gözlədiyini söyləyib.

Axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün Milli Qvardiyanın şəxsi heyəti səfərbər edilib.

Qubernator təbiət hadisəsi nəticəsində ölənlərin sayının artacağını istisna etmir.