Lerik rayonunda şəhid leytenant Əkbərov Əmrah Şahid oğlunun xatirəsinə həsr olunmuş "Nə?, Harada?, Nə zaman?" formatlı intellektual yarış keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Lerik şəhər 3 saylı tam orta məktəbində Lerik İntellektual Oyunlar Klubunun və Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının, Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Rayon Gənclər və İdman İdarəsinin, Lerik Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil edilib.